Bu gün dünyada İKT-də Qızlar Günü qeyd edilir

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2010-cu ildə qəbul etdiyi qərara əsasən aprel ayının hər dördüncü cümə axşamı günü informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində çalışan və təhsil alan Beynəlxalq Qızlar Günü kimi qeyd edilir.

Bu günün qeyd edilməsində məqsəd qızların İKT sahəsində təhsil almasına və çalışmasına həvəsləndirməkdir. Həmin gün Yer kürəsinin müxtəlif guşələrində məktəbli qızlara və tələbələrə İKT sahəsində peşə karyerasının artırılması perspektivlərini nümayiş etdirən tədbirlər təşkil edilir.

BTİ nümayəndələri bildirilər ki, aşkar üstünlüyə baxmayaraq, qızların çoxu İKT sahəsində karyera imkanları barədə heç düşünməyiblər. Təşkilatda ümid edirlər ki, İKT-də Qızlar Günü çərçivəsində keçirilən tədbirlər riyaziyyat, dəqiq elmlər, texniki fənlər və İKT-ni məktəb və kolleclərin yuxarı siniflərində əsas ixtisas fənni kimi seçmək üçün daha çox qızları cəlb etməkdə kömək edəcək. Həmçinin bu gün İKT sahəsində qərarlar qəbul edən qadınların sayının artmasına, habelə hökumət, biznes və elmi müəssisələrdə inzibati və rəhbər vəzifələr tutan qadınların daha da çoxalmasına şərait yaradacaq.

mənbə: http://www.mincom.gov.az/