Bu ayaqqabılar çox fərqlidir

Google-un yeni layihəsi danışan ayaqqablardır. Qeyri-adi layihələri ilə tez-tez gündəmə gələn Google Eynəklərin ( Google Glass) ardından indi də danışan idman ayaqqabılar istehsal edir. Ayaqabılar ilk dəfə Texasda təşkil olunan musiqi, film və texnologiya festivalı South by Southwest-də (SXSW) təqdim olundu. Danışan idman ayaqqabılarını “Art, Copy and Code”’ proqramını tanıtmaq məqsədilə istehsal edən internet nəhəngi Google hələ ki, idman ayaqqabı sahəsinə qoşulmağı düşünmür. Danışan ayaqqabılar onları geyən insanların həmin an nə etdiyini, yaxud etmədiyini mikrofon vasitəsi ilə deyə və sosial mediada paylasha bilir. Məsələn, qaçarkən “küləyi hiss etməyi sevirəm” kimi cümlələr qura bilir. Bundan başqa, ayaqqabıda mini kompüter, təzyiq sensoru, akselerometr(sürətlənməni ölçən cihaz) və Bluetooth da yerləşdirilib.