Bloomberg daha ucuz iPhone smartfonunun qiymətini açıqlayıb

Bu günlərdə məlum oldu ki, Apple inkişaf edən bazarlar üçün cari ilin ikinci rübündə kiçildilmiş və daha əlçatan yeni iPhone buraxmağı planlayır. Bugün anonim mənbə cihazın qiyməti ilə bağlı məlumat yayıb.

Apple mühəndislərinin 2011-ci ilin fevralından üzərində çalışdıqları bu ucuz büdcəli iPhone qiyməti təxminən 99-149 dollar olacaq. Bloomberg mətbu nəşri gizli qalmaq istəyən mənbəyə əsaslanaraq bildirir ki, smartfon 2013-cü ilin 2-ci yarısından tez debüt etməyəcək.

Digər bir mənbənin məlumatına görə, Apple şirkəti baha olmayan komponentlər əsasında ucuz iPhone modelinin yaradılmasında maraqlıdır. Çunki bu ona koreyanın Samsung Electronics şirkəti ilə rəqabət aparmağa imkan yaradacaq.

Yaxın günlərdə işgüzar məqsədlərlə Çində olan Apple şirkətinin lideri Tim Kuk artıq bəyan etmişdir ki, bu şərq ölkəsi Apple üçün prioritet bazardır. Ona görə 100 dollarlıq iPhone yaradılması artıq həqiqətə çevrilir.