BlackBerry Z10 və Samsung Galaxy S3’ü müqayisə edirik

Bu yazımızda kanadanın Blackberry şirkətinin yeni smartfonu olan Blackberry Z10 ilə Samsung Galaxy S III smartfonunu müqayisə edəcəyik.  Gəlin bu iki möhtəşəm mobil cihazın göstəricilərini müqayisə edək.

Ölçüləri
BlackBerry-Z10-vs-Galaxy-S-III-olcu

Baxmayaraq ki, Galaxy S III Blackberry Z10-dan daha enli və daha uzundu, koreya cihazı “kanadalı rəqibini” korpusun qalınlığına görə önləyir.

Çəki
BlackBerry-Z10-vs-Galaxy-S-III-ceki

BlackBerry Z10 cihazının daha kompakt olmasına baxmyaraq o, Galaxy S III-dən bir qədər ağırdır.  Çox cüzi, hiss edilməyəcək bir fərq var, cəmisi 4,5 qram.

Ekran
BlackBerry-Z10-vs-Galaxy-S-III-ekran

Galaxy S III ekranın diaqonalı ilə öyünə bilirsə (0,6 düym daha uzun), o zaman Blackberry Z10 bir düymə düşən piksellərin sayına görə öyünə bilər.

Prosessor
BlackBerry-Z10-vs-Galaxy-S-III-prosessor

Şimali Amerika üçün nəzərdə tutulmuş Galaxy S III versiyasında Blackberry Z10 ilə eyni prosessordu. S3-ün beynəlxalq versiyasında isə iki nüvə daha çoxdur.

Operativ yaddaş
BlackBerry-Z10-vs-Galaxy-S-III-operativ-yaddas

Z10 və Galaxy S III (amerika versiyası) smartfonları eyni operativ yaddaşa sahibdirlər (RAM), S3-ün beynəlxalq versiyasında isə bu daha azdır, 1Gb.

Əlavə yaddaş
BlackBerry-Z10-vs-Galaxy-S-III-elave-yaddas

Bu mövzuda cənubi koreya şirkəti istifadəçilərinə daha çox böyük imkanlar yaradır.  Blackberry Z10 sadəcə dəyişdirilə bilməyən 16 Gb yaddaşla təchiz edilib. Ondan fərqli olaraq Samsung istifadəçilərini bununla məhdudlaşdırmamağı qərara alıb və S III müxtəlif yaddaşa sahib variantlarını buraxıb. Hər iki cihaz MicroSD yaddaş kartları ilə işləyirlər.

Simsiz rabitə
BlackBerry-Z10-vs-Galaxy-S-III-rabite

Hər iki cihaz LTE mobil rabitə standartını dəstəkləyir.

Kamera
BlackBerry-Z10-vs-Galaxy-S-III-kamera

İstehsalçıların verdiyi məlumata görə kameralar bir birindən praktiki olaraq fərqlənmirlər. Amma Blackberry smartfonunun kamerasındaTime Shift adlı maraqlı bir funksiya var. Bu funksiya ilə istifadəçi eyni anda bir neçə çəkiliş edib, sonra isə aralarından daha yaxşısını seçə bilər.

Batareya
BlackBerry-Z10-vs-Galaxy-S-III-batareya

Galaxy S III smartfonu daha güclü batareya sahibdir.

Xüsusiyyəti
BlackBerry-Z10-vs-Galaxy-S-III-xususiyyetleri

BlackBerry 10 əməliyyat sisteminin gözəl xüsusiyyətlərindən biri Androiddə olan SwiftKey kimi yığılan sözləri öncədən tapmağa çalışır. Amma bu funksiya nə qədər innovativ olsa da özündə çoxlu sayda tətbiqetməni birləşdirən Google Play mağazasın əvəz edə bilməz. Məhz belə bir servisin olmaması BlackBerry World üçün bir çatışmamazlıqdır. Çətin ki, yaxın zamanlarda bu sahədə nə isə bir şey dəyişsin.

Nəticə

Bazara 3 il əvvəl gəlsəydi, BlackBerry Z10 doğrudan bir inqilab edərdi. İndiki durumda isə bu BlackBerry’nin sadəcə bir neçə il keçdikdən sonra mən də varam kimi xatırlatmadan başqa bir şey deyil. Kanada şirkəti əvvəkki mövqeyini qaytara biləcəkmi? Ola bilsin, amma bunun üçün çox güc qoymalı olacaqlar.