Blackberry yenə iddialıdır

Blackberry-nin növbəti hədəfi bir telefonda iki müxtəlif ekran yaratmaqdır.

Sensorlu mobil telefon texnologiyasında ənənəvi yanaşmadan yavaş-yavaş geri çəkilən BlackBerry  artıq başqa bir yeniliyə imza atmağa hazırlaşır. Şirkətdən gələn xəbərlərə görə mobil telefon nəhəngi düşüncələri alt-üst edəcək  ikili ekran texnologiyası üzərində çalışır.

BlackBerry-nin ikili ekran özəlliyi eyni telefonda və yan-yana iki ekran üzərində iki fərqli tətbiqetməni eyni zamanda və bir-birindən fərqli şəkildə işləməsinə imkan verir. Eyni zamanda ekranlar üzərində sadə toxunuşlarla iki fərqli tətbiqetmə arasında keçid də mümkün olacaq.

Bu patent xüsusilə də internetdən istifadə edərkən və yaxud da mesaj yazarkən işə yarayacaq kimi görünür. Məsələn, ekranın ekranın yarısına mesaj yazdığınız ekranı, digər yarısına da klaviaturanı yerləşdirə bilərsiniz. Bu xüsusiyyət təbii ki, digər tətbiqetmələr üçün də yararlı ola bilər.

Ikili ekranlı BlackBerry mobil telefonların bazara nə vaxt çıxacağı bilinməsə də, istifadəçilərin bu texnologiyanı çox bəyənəcəyini indidən demək olar.