Blackberry şirkəti Z10 sayəsində “geri qayıtdı”

Blackberry şirkətinin  Blackberry 10 sistemini dəstəkləyən ilk telefonu olan  Z10-a maraq artmaqdadır. Ancaq bəzi ölkələrdə bu maraq həddindən artıq çoxdur. Məsələn Hindistanda… Hələ dəqiq rəqəmlərə əsaslana bilməsək də, ilkin məlumata görə Hindistanda Blackberry Z10 satışa çıxarıldığı ilk 2 gündə satılıb qurtarmışdır.

Vəziyyət qarşısında təəccüblü və bir o qədərdə sevincli olan Blackberry CEO-su Thorsten Heins, telefonun belə maraqla qarşılanmağına çox sevindiyini, telefona marağın gözlədikərindən də çox olduğunu və Hindistan bazarının onlar üçün yeni bir satış obyekti ola biləcəyini vurğulamışdır.

Blackberry Z10, qısa zaman ərzində dünyanın bir çox nöqtələrində satışa başladı. Tamamilə toxunmalı 4,2 düym ekranı və Blackberry 10 əməliyyat sistemi ilə diqqət çəkən model, həm çox bəyənilir, həm də çox araşdırılır.

Telefon, Azərbaycanda hələ  satışda olmasada, Türkiyədə artıq satışdadır və qiyməti  1899 lirədir.