Blackberry pula pul demir

Blackberry tarixində ən şanslı dövrünü yaşayır.

AllThingsD saytına verilmiş informasiyaya əsasən, Blackberry şirkəti tarixində böyük dönüş nöqtəsinə səbəb olacaq bir satış həyata keçirib. Belə ki, Şirkət tam 1 milyon telefon satdı, lakin telefonların satıldığı firmanın adı sirr olaraq saxlanılır.

Blackberry şirkətinin yeni yaratdığı Blackberry 10 prossessoru ilə işləyən full sensorlu Z10 və klaviaturalı Q10 modellərinin bazarda böyük marağa səbəb olacağını və o cümlədən xeyli gəlir gətirəcəyi gözlənilir. Apple və Samsung, o cümlədən, Nokia, HTC, Huawei və LG kimi bir çox şanslı markanın telefonları qarşısında uğur əldə etmək heç də asan olmasa da, Blackberry bunu qarşısına bir məqsəd olaraq qoyub və şəriklərindən biri ilə etdiyi uğurlu satış sayəsində iş fəaliyyətində bu vaxta qədər olan ən uğurlu günlərini yaşayır.

Bəs 1 milyon telefon kimə satıldı? Şirkətin sözçüsü olan Adam Emery AllThingsD saytına verdiyi məlumatda bildirib ki, məxfilik qaydalarına uyğun olaraq, satışı həyata keçirdikləri firmanın adı gizli olaraq saxlanacaqdır.