Blackberry 5 ildən sonra planşetlərin məhv olacağını proqnazlaşdırıb

Kanadanın BlackBerry şirkətinin rəhbəri Torsten Heyns planşet kompüterlər sinfinin beş ildən sonra məhv olacağını bildirib, Cnews yazır.

“Tezliklə istifadəçilər tərəfindən planşetlərdən istifadəyə ehtiyac qalmayacaq. İşdə və evdə onların böyük ekranlı qurğuları, yolda isə böyük displeyli smartfonları olacaq. Belə şəraitdə isə planşetlər uğursuz biznes-modelə çevrilir”, – T.Heyns qeyd edib.

Bundan başqa o əlavə edərək vurğulayıb ki, planşetlər öz-özlüyündə onlar üçün nəzərdə tutulan proqramlar kimi kifayət qədər bahalıdır ki, bəzən smartfon analqolarından baha satılır. Eyni zamanda planşet istehsalçılarının sayı artıq hazırda məntiqə uyğun həddi ötüb.

Qeyd etmək lazımdır ki, BlackBerry özü planşetlər bazarında uğur qazana bilməyib. 2011-ci ildə buraxılan BlackBerry Playbook planşeti 1 milyon ədəddən də az sayda satılıb.

Bununla yanaşı, T.Heyns şirkətinin mobil qurğular bazarında liderlik edəcəyini bildirib. “Biz BlackBerry-nin mobil kompüterlər sahəsində mütləq lider olması üçün çalışırıq”. Onun sözlərinə görə, bunun üçün BlackBerry məhsullarla dolu olan bazara unikal cihazlar təqdim etməlidir.