Birinci Sayımız Satışda

Bir aya yaxındır elan olunmuş birinci sayımız artıq satışdadır. Bütün oxucularımız üçün dəyərli, məlumatlandırıcı, masaüstü jurnal olmaq üçün ilk işimizi sərgiləyirik. İki-üç iş günü ərzində şəhərimizin bir çox köşklərində, kompüter və telefon mağazalarında, internet klublarında, kompüter kurslarında və bir sıra digər yerlərdə satışda olacaq. Hal-hazırda isə əlavə ödəniş tələb olunmadan ünvana çatdırılma mövcuddur. Bunun üçün 0777-663624  | 0777-NODMAG nömrəsinə zəng edə yaxud SİFARİŞ FORMUNU doldura bilərsiniz.

Birinci sayımızda vəd edildiyi kimi, dərsliklər, məsləhətlər, mütəxəssis rəyləri, texnologiya və internet aləmində baş verən yeniliklər, sosial media, mobil texnologiya, analizlər, oyunlar haqqında rəylər, internet biznes haqqında məqalələr yer alır. Əlavə suallarınız olarsa müraciət edə bilərsiniz.

NOD Magazine, abunə olmaq istəyən oxucular üçün endirim təklif edir. Hal-hazırda 3 aylıq abunə paketi mövcuddur. 3 aylıq abunəlik üçün müraciət edən oxucularımız 25% endirim əldə edəcəklər. Abunə formunu dolduraraq müraciət edə bilərsiniz. Form düzgün şəkildə doldurulduqdan qısa zaman sonra əməkdaşımız sizinlə əlaqə saxlayacaq.

Satış nöqtələrimizin tam siyahısına nəzər sala bilərsiniz!