Bir dəqiqədə 100 video

YouTube-un səkkiz yaşının tamam olması münasibətilə Google şirkəti videohostinq servisinin əldə etdiyi uğurları bölüşüb. Şirkət nümayəndələri bildiriblər ki, hazırda istifadəçilər YouTube-a dəqiqədə 100 saatdan çox videomaterial yükləyirlər. Bir il əvvəl analoji göstərici 72 saat, 2011-ci ildə 48 saat təşkil edib.

Servisdən mütəmadi olaraq bir milyarddan çox istifadəçi yararlanır ki, bu da bütün internet auditoriyanın təxminən yarısı deməkdir.

Qeyd edək ki, YouTube servisi 2005-ci ilin fevral ayında yaradılıb və 2005-ci ilin may ayında fəaliyyətə başlayıb.  2006- ci ilin Oktyabrında artıq 1.65 $ gəlir əldə edib. Servis əvvəlcə bir neçə videoçarxın yerləşdirildiyi sayt şəklində olub.