Bir axtarış etməklə bir ağac əkin!

İnternetdə axtarış dedikdə hər kəsin ağlına ilk Google gəlir. Yandex və Bing axtarış saytları isə alternativ variantlar hesab olunur.

Bəs əgər sizə eynilə Google-da olduğu kimi bir axtarış etməklə bir ağacın əkilə bilməsinə vəsilə olacağınızı desələr münasibətiniz necə olardı? Bunu Ecosia axtarış saytının köməyilə reallaşdıra bilərsiniz. Belə ki, bu saytda etdiyiniz istənilən axtarış bir ağacın əkilməsi deməkdir.

Ecosia.org saytına daxil olaraq əkilən ağacların sayını ağac sayğacı ilə də izləyə bilərsiniz. 2009-cu ildə Almaniyada yaradılan saytın köməkliyilə indiyədək 4,2 milyon ağac əkilib.

Ecosia reklam gəlirlərinin 80 %-ni ağac əkmək üçün sərf edir.