Biodisk Nədir?

Biodisk XXI əsr texnologiyasıdır, tamamilə təbii minerallardan nanotexnologiya vasitəsilə hazırlanmış molekulyar quruluşlu enerji “cihaz”ıdır. Başqa sözlə, biodisklər texnologiyanın yardımı ilə nadir minerallardan hazırlanır. Biodisk, əsasən şəffaf şüşə formasında istehsal edilir. Biodisklərin hazırlanmasında məqsəd daha sağlam bir həyata yardımçı olmaqdır.

Belə ki, biodisk mövcud olduğu yerdə ətrafına daim müsbət enerji yayır, texnologiyanın yaratdığı şüalanmanı, havada gəzən radiasiya və maqnit dalğalarını, eləcə də qidaların tərkibindəki zərərli maddələri zərərsizləşdirir. 44-90 mm diametri, 6 mm qalınlığı olan bu cisim insana özünü daha gənc və daha sağlam hiss etdirir, enerjini artırır, fiziki və zehni inkişafı qüvvətləndirir.

Biodiskdən necə istifadə etmək olar?

Mütəxəssislər bildirirlər ki, biodisk tamamilə təbii bir cihaz olduğu üçün heç bir halda zərər vermir. Qan təzyiqi yüksək olanlar, şəkərli diabetdən əziyyət çəkənlər, astma xəstəliyi olanlar, xroniki baş ağrısı olanlar üçün biodisk ideal “dərmandır”.

Biodiski gününüzün ən çox keçdiyi yerdə saxlayın, əgər səfərdə olursunuzsa, daim çantanızda gəzdirin. Biodiskin medalyon forması da var, daim boynunuzda gəzdirmək imkanı olacaq. Bir sözlə, evdə, işdə, istirahətdə, gəzintidə, idman zalında, kitabxanada, bağda, dağda – istənilən hər yerdə sizinlə ola bilər.

Biodiskin diametri – 96 mm, qalınlığı – 19.13 mm-dir və 13 texniki inqridientdən hazırlanmışdır. Biodiski daha çox saxlayacağınız yerlərdən biri də mətbəxinizdir. Məlumdur, can boğazdan gəlir, boğazdan isə hər cür qida keçə bilər – transgen, modifikasiya olunmuş, heyvan geni yeridilmiş, kimyəvi dərmanlarla zəhərlənmiş qidalar bu gün kifayət qədərdir. Ekspert olmadığımızdan və lazımi laboratoriyaya malik olmadığımızdan bu qidaları ekoloji təmiz qidalardan ayırd etməyimiz də mümkün deyil. Nəticədə geni dəyişdirilmiş bir çox qida qəbul edirik və həmin gün olmasa da, nə vaxtsa bu qidanın zərərini hiss edirik. Biodisk belə anlarda ən yaxşı “həkim”dir.

Soyuducunuzda “həkim” var?

Biodiski gündə bir saat soyuducuda saxlamaqla soyuducunuzda olan bütün qidaları “təmizləmiş” olursunuz. Özündən yaydığı təbii şüalarla qidalardakı zərərli maddələri yox edən biodisklər lazımlı minerallara “toxunmur”. Ağartı məhsullarından tutmuş meyvə sularına qədər bütün qidalara “əl gəzdirən” biodisk gün ərzində bu qidalar vasitəsi ilə sizə yüksək əhval-ruhiyyə verəcək.

Bazardan aldığımız əksər ərzaqlar sellofan torbalarda olur, bəzimiz sellofan torbaların zərərini bilirik, bəzimiz isə bu barədə məlumatsızıq. Məlumatı olmayanlar üçün qeyd edək ki, 15 dəqiqə polietilen torbada qalan meyvə-tərəvəz öz tərkibində olan bütün dəyərli maddələri, vitaminlərini itirir. Biodisk bu vitamin ehtiyatının qorunmasında kömək edir.

Mövzunu hazırlayanda bu sahədə elmi ədəbiyyatı nəzərdən keçirdim ve bəzi sənədli filmlərə baxdım. Belə filmlərin birində çox maraqlı təcrübələri əyani nümayiş etdirirdilər. Almanı, limonu iki yerə bölüb bir hissəsini biodiskin yanına, digər hissəsini isə kənara qoyurlar. Bir müddətdən sonra kənardakı meyvə dilimləri qaralmağa başlayır, biodiskin yanındakı isə təzə qalır. Su ilə aparılmış təcrübə isə daha maraqlıdır. Bir şüşə qaba tökülmüş çirkli suyun tərkibini kompüter vasitəsilə analiz edib zərərli maddələri qeyd edirlər. Sonra həmin suyun içinə biodiski salıb 10 dəqiqəyədək gözləyirlər. Həmin suyun təkrar analizinden sonra bütün zərərli maddələrin yoxa çıxdığı aydın olur.

Bodiski su saxladığımız qrafinin üstünə, altına, yanına qoymaqla suyun tərkibini de təmizləmiş oluruq. Məlumdur ki, insan sutkada ən azı 2 litr çiy su qəbul etməlidir. Böyük şəhərlərdə evlərə verilən suyu isə yalnız qaynadandan sonra içə bilirik. Qaynadılmış suda isə bütün minerallar məhv olur ve bu, artıq ölü su sayılır. Biodisk bizə suyu hətta qaynatmadan içə bilmə təminatı verir.

Biodisklər qadınlar üçün də “köməkçi” ola bilər

Bir çoxumuzun kosmetik məhsulların zərəri barədə kifayət qədər eşitmişik. Amma alışqanlığımızdan əl çəkə və kosmetik vasitələrdən imtina edə bilmirik. Kremlər, spreylər, dodaq və dırnaq boyaları, enlik-kirşan ve bu kimi bir çox kosmetik vasitələrdən hər gün istifadə edirik. Onların tərkibindəki minlərlə kimyəvi birləşmənin sağlamlığımıza verdiyi zərərdən xəbəriniz varmı?

Xərçəngə səbəb olan bir çox saç boyası var ki, zərərini bilə-bilə ondan istifadə edirik. Mütəxəssislər deyirlər ki, kosmetik vasitələrdən istifadə etməzdən əvvəl onları biodisklə “görüşdürmək” lazımdır. Bu təbii cihaz kosmetik vasitələrin tərkibindəki zərərli maddələri yox edir.

Hər gün kompüter arxasındasınız?

Zəmanəmiz elədir ki, hər üç nəfərdən biri gününü kompüterin qarşısında keçirir ve bu səbəbdən də istər-istəməz bədəni durmadan şüalanmaya məruz qalır. Bəzən kompüterimizin yanına kaktus bitkisi və ya bir qabda su qoyuruq, şüalanmanı azaltması üçün. Amma bu o qədər də köməyimizə çatmır. Nanotexnologiyanın məhsulu bu vaxt ən əvəzedilməz yardımçıdır. Biodiski kompüterinizin yanında saxlayın, fərqi elə ilk gündən hiss edəcəksiniz. Sizdən əl çəkməyən baş ağrısı, yorğunluq, gözlərin yaşarması, əsnəmək kimi əlamətlər tamamilə yox olacaq.

Avropa ve yapon mütəxəsislərinin bəzi təhlükəli ərazilərə, məsələn, atom stansiyası kimi müəssisələrə baş çəkdiyi zaman boyunlarından asdığı medalyon haqda görənlər həmişə maraqla danışırdılar. Amma Yaponiyadakı atom qəzası zamanı üzərində biodisk olan insanların digərlərindən fərqli olaraq heç bir şüalanmaya məruz qalmadığı isə deyəsən daha maraqlı faktdır.

Maraqlıdır ki, biodisklərə ultrabənövşəyi işıqda baxanda onlardan rəngli şüaların çıxdığı aydın görünür. Daha da maraqlısı odur ki, bu biodisklərin istifadə müddəti məhdud deyil. Çünki bu “cihaz” filtr kimi zərərli maddələri özündə toplamır, onları sadəcə yoxa çıxarır.
Sonda onu da qeyd edək ki, elmin ən möhtəşəm nailiyyətini ancaq Almaniyada yerləşən bir zavodda 14 müxtəlif təbii mineralın qarışığından – onların hərəsindən müəyyən edilmiş miqdarda qatılmaqla xüsusi temperaturda əridilməsindən istehsal edirlər ki, bu tərkib də sirr saxlanılır.