Beyni dincəldən sayt

Demək olar ki, istifadə etdiyimiz bütün saytlarda müəyyən informasiya mübadiləsi aparırıq – ya nəsə öyrənirik, ya da nəsə bölüşürük. Bu çox yorucu ola bilər. Belə olan halda, günün müəyyən vaxtlarında bir neçə dəqiqəlik belə olsa, istirahət etmək, beynə rahatlıq vermək istəyirsən.

Rafael Roozendaal tərəfindən təqdim olunan Blank Windows (blankwindows.com) saytı çox sadə yolla sizə istirahət vermək imkanı yaradır. Bəyaz, müasir dizayna malik, boş qutuları hərəkət etdirə və müxtəlif ölçülərə gətirərək istədiyiniz formanı ala bilərsiniz. Mübaliğə kimi səslənə bilər, lakin ilk dəqiqədən fərqi hiss edəcəksiniz.