Benəlxalq zənglərin üçdə biri Skype vasitəsilə edilir

Skype — dünyanın ən məşhur VoIP xidmətidir. Son araşdırmaların nəticələrinə görə bütün beynəlxalq zənglərin üçdə biri Skype vasitəsilə həyata keçirilir.

Telekommunikasiya sahəsində analitik şirkət olan TeleGeography’nin məlumatlarına görə 2012-ci ildə Skype vasitəsiylə danışıqların davamiyyəti 51 milyard dəqiqə artaraq 167 milyard dəqiqə təşkil etmişdir. Artım 44 faizdir olmuşdur.

Əgər beynəlxalq VoIP zənglərini telefon zənglərinə aid etsək o zaman 2012-ci ildə beynəlxalq səs trafiki 13 faiz artış göstərmiş olacaq. Bugünkü gün üçün Skype trafikinin 40 faizindən çoxunu video zənglər təşkil edir. Bu isə o deməkdir ki, xidmət mütləq bir şəkildə operatorların fəaliyyətinə neqativ təsir etmir. Hesabatda deyilir ki, sonuncuların gəlirlərindəki azalmanın səbəbi iqtisadi tendensiyalarla əlaqəlidir.

Bununla belə TeleGeography qeyd edir ki, telekommunikasiya şirkətləri Skype və ona oxşar servislər (Viber, WhatsApp və Google Voice) tərəfindən təziq hiss edirlər.

«Skype artıq startup olmaq vaxtını keçib. Tədricən inkişaf templərində azalaraq stabilləşmə gözlənilir»,

—TeleGeography şirkətinin analitiki Stefan Bekert qeyd edib.