Bentley EXP 9 F SUV

Əfsanə deyincə ağla gələn Bentley yeni əsəriylə gündəmdədir. 2016 ilində bazara çıxarılacağıı təxmin edilən yeni SUV indidən avtomobil həvəskarlarının marağına səbəb oldu.

Bentley əfsanələr yaratmağa davam edir. Dəbdəbəni sevənlər 2016-cı ildə  çıxacaq dünyanın ən bahalı  SUVsi ilə yollara axışacaq.

Dünyanın ən bahalı və nüfuzlu avtomobillərin istehsalçısı olan Bentley iddialı bir cəhdlə gündəmdədir.

Yeni SUV-un istehsalı üçün bir milyard 230 milyon dəyərində sərmayə qoyulmuşdur. Bentley avtomobilin dizaynı haqqında nələr düşündüyü məlum olmasa da, Lamborghinin bazara çıxaracağı Urus SUV, Range Rover, Range Rover Sport və Maserati Kubange-ə rəqib olacağı qətidir.

2016-cı ildə avtomobil həvəskarları lüks avtomobil Bentley EXP 9 F SUV-a 150 min avro dəyərində sahib olacaqlar.