Batareyanızın ömrünü artırın

Battery Doctor ilə batareyanızı düzgün işlədin.

Uzun ömürlü olması üçün telefonunuzun batareyasını nə qədər vaxtdan bir enerji ilə doldurmalısınız? Cavab bu pulsuz tətbiqetmədə gizlidir.

Google Play-də hansı tətbiqetmənin nə qədər enerji tükətdiyini sizə göstərən bir neçə tətbiq mövcuddur. Bunu hər hansı bir tətbiqetmədən istifadə etmədən də Android-in öz parametrləri sırasında da görə bilərsiniz. Battery Doctor isə bütün bunlarla yanaşı sizə batareyanızı doğru şəkildə enerji ilə doldurmağınız üçün yararlı məsləhətlər də verir.

Battery Doctor, batareyanızı tövsiyə edilən şəkildə istifadə etmənizə imkan verir, batareyanızın müəyyən bir səviyyədən aşağı düşməsinə imkan vermir. Tətbiqetmə sizə sadəcə batareyanızın 65%-nin dolu olduğunu göstərmir, eyni zamanda nə qədər müddət sonra cərəyana qoşmaq lazım olduğunu da göstərir.

Pulsuz olaraq təqdim edilən Battery Doctor-dan faydalanaraq batareyanızın ömrünü uzada, onun davamlılığını qoruya bilərsiniz.