Bakıda keçiriləcək beynəlxalq web konfransa maraq artmaqdadır

Daha öncə də məlumat verdiyimiz kimi, 6-7 İyul 2013 tarixində Azərbaycan və Gürüstandan olan təşkilatçıların birgə əməkdaşlığı nəticəsində web texnologiyalar mövzusunda beynəlxalq konfrans keçiriləcək

 

Bu məqsədlə 25 iyun tarixində Xəzər Univeristetində konfransın təşkilati komandası ilə görüş keçirilib. Görüşdə komandaya konfrans barədə məlumat verilib. Bildirilib ki, konfrans Gürcüstan Universitetinin “UG-Group”u və Azərbaycanın təhsil portalı olan “İlk Addımlar”ın təşkilatçılığı ilə keçirilir.

 

Görüş iştirakçılarına Azərbaycan tərəfdən görüləcək işlər barədə müvafiq təlimatlar verilib, iş bölgüsü aparılıb. Qeyd olunub ki, belə bir konfransı reallaşdırmaqla beynəlxalq və yerli ekspertlərin öz təcrübələrini gənc proqramçılara ötürməsinə yardımçı olmaq, faydalı informasiya mübadiləsini genişləndirməkdir.

 

Təşkilat Komitəsindən verilən məlumata əsasən, konfrans elan olunduğu gündən etibarən diqqət cəlb edib, konfrans biletlərinin yarıdan çoxu satılıb.

 

Azərbaycan tərəfdən yerli şirkətlərin və rəsmi qurumların biganə yanaşdığı konfransda Facebook, Yandex, Oracle,Microsoft, Softline, ITDC kimi dünyaca məşhur şirkətlərin rəsmi nümayəndələri iştirak edəcək. Konfransın əsas məqsədi yeni əlaqələrin qurulması, yerli mütəxəssislərin iş keyfiyyətinin yüksəldilməsi, dünya üzrə web inkişaf sahəsində Qafqaz regionunun aktiv iştirakçılarını nəzərə çarpdırmaq, Azərbaycanın İKT sahəsində dünyaya daha çox inteqrasiyasını təmin etməkdir.

 

Konfrans haqqında ətraflı məlumat üçün saytımıza daxil ola bilərsiz: http://caucasuswebcon.com