AzStore – Milli Tətbiq

Hər bir azərbaycanlı Android istifadəçisi üçün  yerli tətbiqlərimiz maraqlıdır və yəqin ki, siz də mənim kimi Android dükanında az saylı milli tətbiqlərimizi tapmaqda  çətinlik çəkirsiniz. Amma artıq bu çətinliyi milli tətbiqimiz  AzStore ilə aradan qaldırmış olacaqsınız. AzStore, Azərbaycanın Android Tətbiq Dükanı, milli tətbiqləri bir yerdə toplayan və onların asan şəkildə aşkar edilib yüklənməsi üçün tərtib olunmuş proqramdır. Həmçinin, tətbiq AzStore-dakı mövcud tətbiqetmələri dəyərləndirmə və fikirlərinizi bildirmə imkanı verir. AzStore milli android developerlərinin işlərini izləməkdə çox yararlı köməkçi bir vasitədir.

Tətbiqetmə Tahir Hacızadə tərəfindən hazırlanmışdır və öz tətbiqlərinizi  AzStore-da yerləşdirmək istəyirsinizsə email vasitəsilə  əlaqə saxlaya bilərsiniz.