AzerDict

Az saylı yerli tətbiqlərimizdən biri də Android və İOS əməliyyat sistemləri üçün olan AzerDict tətbiqidir. AzerDict Azərbaycanca-İngiliscə lüğət proqramıdır. Tətbiqetmədə Azərbaycan-English və əksinə tərcümə bölümü və sözlərin düzgün yazılışını yoxlaya biləcəyiniz orfoqrafiya bölümü mövcuddur. Tərcümə bölməsində sözü xanaya yazıb Translate düyməsinə basdıqdan sonra hansı dildən tərcümə etdiyini tətbiq müəyyən edir. Hətta əgər tərcümə edilən söz hər iki dildə mövcuddursa bu zaman hər ikisi üçün nəticələr siyahıda peyda olur. Fərqi qarşısındakı bayraqlardan müəyyən edə bilərsiniz.

Tətbiq Amidos (Amid Quliyev) tərəfindən hazırlanmışdır və əlavə məlumat almaq üçün  www.amidos.info saytına daxil olun.