Azercell-dən pulsuz Twitter

Azercell Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə dünyanın ən populyar sosial şəbəkələrindən olan– Twitter-dən pulsuz istifadə imkanı yaradır. Yeni kampaniya 19 aprel- 19 oktyabr 2013-cü il tarixləri arasında davam edəcək. Bu müddətdə  kompaniyaya qoşulan bütün Azercell abunəçiləri heç bir şərt yaxud qayda olmadanTwitter şəbəkəsindən pulsuz istifadə edəcək.

Kompaniyaya  qoşulmaq üçün sadəcə mobil telefondan mobile.twitter.com  ünvanına daxil olmaq kifayətdir. Azercell-lilər sosial şəbəkədə olduqları vaxt istədikləri qədər yazışa, tvit göndərə, xəbərləri izləyə, yeni dostlar tapa, şəxsi seçimlərə və maraq sahələrinə uyğun operativ məlumatlar əldə edə biləcəklər. Yəni ki,  Pulsuz Twitter kampaniyası şəbəkənin bütün funksiyalarından pulsuz yararlanmağa imkan verir.

Xatırladaq ki, bir müddət əvvəl Azercell Telekom öz abunəçilərinə Facebook-dan pulsuz istifadə imkanı vermişdi. İndi isə Azercell hər kəsə Twitter vasitəsilə dostlarla daha sıx ünsiyyətdə olmaq şansını verir.