Azərbaycanda mobil e-imzaların verilməsinə başlanılır

Artıq bu gündən etibarən Azərbaycanda mobil rəqəmli imzaların (ASAN-imza) rəsmən verilməsinə başlanılır.

Mobil rəqəmli imzaları ASAN xidmət mərkəzləri və Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət mərkəzlərindən əldə etmək mümkündür.

Mobil rəqəmli imzalardan istifadə etmək üçün Sim-kartları dəyişmək lazım olacaq. Bununla əlaqədar olaraq mərkəzlərdə Azərbaycan mobil operatorlarının nümayəndələri işləyəcək.

Mobil imza mərkəzinin yeni platforması (ASAN-imza) Azərbaycanın hər üç mobil rabitə operatorunun platformaları ilə inteqrasiya olunub.

Perspektivdə 2014-cü ildən verilməsi planlaşdırılan yeni şəxsiyyət vəsiqələrində də bu əlavənin tətbiqi nəzərdə tutulub.