Azərbaycanda ilk dəfə qlobal «Startup Weekend» keçiriləcək

bakustartupCari ilin 7-9 iyun tarixlərində Bakıda qlobal formatlı “Startup Weekend” tədbiri keçiriləcək. Tədbir çərçivəsində innovativ texniologiyalara əsaslanaraq sahibkarlar, startap müəllifləri, marketerler, dizaynerlər və proqramçılar komandalarda bir araya gələrək startaplarla münsiflər qarşısında təqdimatlar edəcəklər.

Tədbirin məqsədi bu yarışmada iştirak edən hər bir komandanın üç gün ərzində startupı tam formalaşdıraraq işlək halda təqdim etməkdir. Prosesin effektivliyini təmin etmək üçün iştirakçılar “mentor” statuslu peşəkarlar tərəfindən təlimatlandırılacaq.

“Baku Startup Weekend” müstəqil mütəxəsislər tərəfindən və Startup Weekend qlobal forumu tərəfindən təşkil edilir. Tədbirin təşkilatı işlərində “Startup Azərbaycan” və digər sponsorlar dəstək göstərməkdədir.

Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçərək, bilet əldə etmək tələb olunur.

“Startup Weekend” dünyada 2007-ci ildən başlayaraq 107-dən çox ölkədə keçirilmiş və bu foruma ümumi olaraq 100.000-dən artıq sahibkar cəlb edilmişdir. Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində 1000-dən artıq şirkət yaranmış və müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir.

“Baku Startup Weekend” haqqında daha ətraflı məlumatı http://baku.startupweekend.org ünvanından əldə edə bilərsiniz.