Azərbaycan Dilində Klaviatura

Klaviatura ya da Keyboard informasiyanın kompüterə daxil edilməsi və kompüterin işinin idarə edilməsi üçün nəzərdə tutulmuş qurğudur. Fərdi kompüterin yarandığı gündən bu günə qədər, demək olar ki, klaviaturanın xarici görünüşü və strukturu dəyişməmişdir. Lakin 1995-ci ildə, Windows əməliyyat sisteminin yaradılması ilə əlaqədar olaraq 101 düyməli qurğu 104/105 düyməli qurğu ilə əvəz olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan dilində klaviatura hazırlayıb tərtib etmişdir.  Klaviaturanın yeni düzülüşü “Windows 8.1” əməliyyat sisteminin yeni versiyasına inteqrasiya edilib. Azərbaycan Respublikası Elmlər Akademiyası tərəfindən təklif edilən klaviaturanın düzülüşü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yeni milli standart kimi qəbul edilib. «Microsoft Azerbaijan» yeni düzülüşdə yığım sürəti və barmağa düşən yükün paylaşdırılması kimi nüansların nəzərə alındığını qeyd edir. Bununla da, bilək nahiyəsində daha çox təsadüf edilən «Karpal sindromu kanalı» xəstəliyinin inkişafının qarşısı alına bilər. Rahatlıq baxımından yeni düzülüş daha optimaldır və orada Azərbaycan dilinin bütün nüansları əks olunub. Köhnə klaviatura versiyasında buna rast gəlmək mümkün deyil.

Məlumatda deyilir ki, yeni klaviaturada hərflər əlifba sırası ilə düzüləcək. Tarixdə yaradılan ilk klaviatura ingilis dilinə uyğunlaşdırılıb və mexaniki çap maşınlarının əsasında yaradılıb. Çap maşınlarında isə tez-tez rast gəlinən hərflər arasında məsafə qoyulub ki, çap maşınlarında problem yaşanmasın. Amma bunu kompüter klaviaturalarına tətbiq etmək düzgün deyil, çünki yazının sürətinin artması və əlin yorulmaması üçün tez-tez rast gəlinən hərflər yanaşı yerləşməlidir. Az enerji itirməklə maksimum sürət əldə etmək yeni klaviaturanın başlıca prinsiplərindən biridir.

Xatırladaq ki, köhnə klaviaturada hərflərin düzülüşü “Q”, “W”, “E”, ”R”, “T”, “Y” hərfləri ilə başladığına görə “Qwerty” adlanırdı. Yeni klaviatura düzümü isə “P”, “Ü”, “Ş”, “U”, “D”, hərfləri ilə başlayır. Köhnə düzülüş ləğv edilməyəcək və ona öyrəşmiş insanlar köhnə klaviaturadan istifadə etməyə davam edəcəklər.

382

Leave a Reply

Your email address will not be published. Required fields are marked *