Asus Transformer Pad INFINITY

Tablet erasının ən qabaqcıl texnologiyalarını özündə birləşdirən Asus Infinity sizə tam 1080 p HD multimedia həzzini yaşatmağa hazır olan bir yenilikdir. Tablet öz texniki göstəricilərinə görə hədsiz dərəcə son texnoloji yeniliklərə malikdir. Bu siyahıya növbəti funksiya və tərtibatlardan bir neçəsini şamil edə bilərik:

  • Ekran: Super IPS+ displey (600 nits aydınlıq) 10.1″ WUXGA Full HD (1920 × 1200) LED Backlit ekran
  • Səs təchizatı: SonicMaster audio
  • Əməliyat sistemi: Android™ (1) 4.0 Ice Cream Sandwich (ICS)
  • Prosessor təchizatı (CPU): Qualcomm® MSM 8260A Snapdragon™ S4 Krait Dual-core 1.5 Ghz CPU(3G )
  • NVIDIA® Tegra® 3 Quad-core T33@ 1.6GHz (WIFI)
  • Texniki paremetrlər: 263 × 180.8 × 8.5mm, 598g
  • Yaddaş: Operativ yaddaş: DDR3L 1GB /  Daxili yaddaş: 32/64GB
  • Bağlantı: 802.11 b/g/n, Bluetooth v3.0, A2DP
  • Kamera: Rear 8MP Auto-focus, LED Flash, F/2.2 Aperture, 1080p video imkanı
  • 2MP video söhbət üçün ön kamera

Qeyd olunan texniki təchizata əlavə olaraq, tablet həmçinin istifadəçisi üçün işləmə rahatlığı təmin edən Polaris Office (Microsoft word, excel və power point faylları ilə tam işləmə imkanı), My Cloud – My Desktop (kompüterinizi uzaqdan idarə etmə imkanı), My Net (simsiz olaraq media faylları bir neçə cihaz arasında paylaşma imkanı) və s. kimi istifadə asanlığını təmin edən funksiyalarla zəngindir.

Tablet haqqında tam məlumatı ASUS şirkətinin rəsmi saytından əldə edə bilərsiniz.