ASUS-dan Növbəti Yenilik

ASUS TRANSFORMER BOOK

Asus şirkətinin növbəti yeni məhsulunu sizə təqdim etmək istəyirik. Daimi oxucularımız keçən sayılarımızda təqdim etdiyimiz Asus Transformer Pad Infinity barədə məqalədən cihaz barədə xəbərdardırlar, lakin bugünkü mövzumuzun qəhrəmanı daha öncəki modelin yeni versiyasıdırmı? Cihazın ilk səslənişindən məntiqi olaraq insanın ağlına Asus Transformer Pad Infinity-nin yeni təkmilləşdirilmiş modeli gəlir, lakin xeyr Asus Transformer Book dünyanın ilk ayrıla bilən ekranına malik tam funksiyanal notbukudur. Transformer Book eyni zamanda həm notbuk, həm də tablet olma iqtidarındadır. Asus şirkətinin son yeniliyinin bəzi texniki göstəriciləriylə sizi tanış etmək istəyirik:

Əməliyyat Sistemi : Windows OS 8
Prosessor: Intel® Core™ i7-3517U / Intel® Core™ i5-3317U
Əməliyyat Yaddaşı: 2 kanallı DDR3 1600MHz 4GB
Daxili Yaddaş: 128G MSATA Gen III SSD (ekran), 500G HDD (klaviatura)
Ekran: 13.3″ IPS panel, FHD 1920×1080 (350nits yüksək parlaqlıq)
Kamera: HD qabaq 5M kamera və arxa 720p çəkmə qabiliyyətli kamera (opsiya)

Asus Transformer Book haqqında ətraflı məlumatı ASUS şirkətinin rəsmi saytından əldə edə bilərsiniz.