Assassin’s Creed 4

 

5 il boyunca oyun sevərlərin sevimlisinə çevrilən Assassin’s Creed oyununun IV versiyası Black Flag PC, xbox 360 və PS3 platformaları üçün təkmilləşdirilib. 5 il ərzində artıq 6 oyun versiyası təqdim edən Ubisoft hər yeni oyunda çətinlik və strategiya kvotasının bir az da artırır.

Hər oyunda  görüntü keyfiyyətini, hekayəni, oyundakı heyətin səviyyəsini artırmağa nail olan Ubisoft  Assassin’s Creed 4-lə hər kəsi təəccübləndirməkdə iddialıdır. Oyun yaradıcıları III versiya üçün edilən tənqidlərdən nəticə çıxararaq IV versiyada qısa müddətdə uğur əldə edəcəyinə inanır.

Noyabr ayının 1-dən etibarən istifadəçilərə təqdim olunacaq Black Flag versiyasının hədəfi satış rekordlarını qırmaqdır.