“Asan Xidmət”-in Səyyar Fəaliyyətləri

Bir neçə ay bundan əvvəl fəaliyyətə başlamış və vətəndaşlara qısa vaxt çərçivəsində yüksək seviyyədə xidmət göstərən “Asan Xidmət”-in növbəti fəaliyyəti ilə Sizi tanış etmək istəyirik.

Belə ki,“ASAN xidmət” mərkəzləri dörd istiqamət üzrə fəaliyyət göstərir. Onlardan biri də Səyyar xidmətlərdir.

Səyyar xidmətlər dedikdə vətəndaş qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla onun iş və ya yaşayış yerini tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq vətəndaşa verilməli olan sənədlər onun yaşayış və ya iş yerində təhvil götürülə və təhvil verilə bilər.

Səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə ödəniş aparılmadan həyata keçirilir.

Hazırda səyyar xidmətlərin həyata keçirilməsi ilə bağlı hazırlıq işləri aparılır. Yaxın vaxtlarda xidmətlərin həyata keçirilməsinə başlanması nəzərdə tutulur.