Asan Səyyar Xidmət Sabirabadda

“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar  səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlamışdır.

ASAN Səyyar Xidmət 2 istiqamət üzrə  göstərilməkdədir. Şimal istiqamətində avtobuslar  Quba, Şamaxı, İsmayıllı, Balakən və digər rayonlara, cənub isiqamətində isə Şirvan, Sabiradad, Salyan, Hacıqabul, Lənkəran, Masallı, Neftçala və digərlərinə səfər edəcəkdir.

Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində isə  Şirvan və Hacıqabul rayonlarının sakinləri ASAN Səyyar Xidmətlə təmin olunmuşlar.

19 iyun-3  iyul tarixində Sabirabad və Saatlı rayonlarının ümumi sayı 250000-dən çox olan sakinləri ASAN Səyyar Xidmətdən Sabirabadrayonunda yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaqdır.

Buxidmətlərəaşağıdakılardaxildir:

  • Notariatfəaliyyəti
  • Şəxsiyyətvəsiqələrininverilməsi və dəyişdirilməsi
  • Ümumvətəndaşpasportlarınınverilməsi və dəyişdirilməsi
  • Sürücülükvəsiqələrinindəyişdirilməsi
  • Torpaqkadastrıməlumatlarıbarədəarayışlarınverilməsi
  • Əməkpensiyalarınıntəyinedilməsi
  • Yaşayışevləri (mənzilləri) üzərindəmülkiyyəthüquqlarınındövlətqeydiyyatınaalınmasıbarədəçıxarılışların (ilkinqeydiyyatistisnaolmaqla) verilməsi
  • Daşınmazəmlakıntəsvirinə, dövlətqeydiyyatınaalınmışhüquqlara və onlarınməhdudlaşdırılmasına (yüklülüyünə) dairdövlətreyestrindənarayışlarınverilməsi

 

ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.