Artıq yuxular da qeydə alınacaq

Yuxular da izlənəcək

Yaponiya alimləri yuxuların 60 %-ni görüntüləyən bir sistem yaratdı.

Kioto şəhərində yerləşən Nevrologiya Hesablama Laboratoriyasında (ATR)
insanların yuxularını qeydə almaq və beyinlərində olan fikri bilmək yolunda ilk addımı atdı. Aparılan araşdırmalarda insanların gördükləri yuxular tədqiq edildi və bu sahədə böyük bir uğura imza atıldı. Amerikanın məşhur tədqiqat jurnallarından biri olan “Science” jurnalında artıq yuxuları da qeyd edən bir kompüter hazırlandığı bildirildi.

Yuxular “Tutulacaq”

“Dream Catcher” adı verilən bu kompüter proqramı yuxuları ekrana daşıyır. Yapon rəsmiləri tədqiqat mərhələsində 3 insan yuxuda olarkən maqnetik rezonans görüntüləmə (MRİ) texnikası ilə həmin şəxslərin beyinlərini analiz etdi. Yuxu zamanı hər 6 və 7 dəqiqədə insanları yarı yuxu vəziyyətinə gətirərək onlardan nə gördüklərini soruşdular.

Gördükləri obrazları deməklə bu proses 200 dəfə təkrarlandı. Deyilənləri qeyd edən kompüter bütün yuxuları bir sistemdə nəzərdən keçirdi. Oyandıqdan sonra yuxuları ekranlaşdırlmış formada iştirakçılara göstərildi. Hər insanın ayrı-ayrı beyin fəaliyyətlərinin də imzasının çıxarıldığı bildirilən tədqiqatçılar daha sonra görüntülərdə 60 % uyğunluq olduğunu müəyyənləşdirdilər. Tədqiqatın əsas iştirakçılarından biri olan Yakiyasu Kamitani “ Böyük bir uğura imza atdıq” deyə bildirdi.

Amerikanın nüfuzlu universitetlərindən biri olan “Harvard”- da yuxu mütəxəssisi Dr. Robert Stickgold “Tamamilə yuxunu oxuyabiləcək bir qurğudan hələ də uzağıq” deyərək bu məsələdə şübhəli olduğunu bildirsə də, bu işin onu çox təəccübləndirdiyini qeyd etdi.