Apple

Apple firmasının logosundakı alma ilə əlaqədar bir çox hekayə və şəhər əfsanəsi vardır.

1-ci varianta görə, şirkətin heyətinin logo üçün ideya düşünməsi zamanı Steve Jobs alma yeyirmiş, komandasının əziyyət çəkdiyini görən Jobs dişlədiyi almanı stolun üstünə ataraq, logomuz bu dişlənmiş alma olsun demişdir.

2-ci varianta görə,Apple-in dişlənilmiş almadan ibarət işarəsinin “Qadağan olunmuş Meyvə”ni canladırdığı deyilir. Qadağan olunmuş meyvəni yemək, Adəm ilə Həvvanın cənnətdən çıxarılmasına səbəb olmuşdu.

3-cü varianta görə, Steve Jobs uşaq olarkən ailəsi çox kasıb imiş və məktəb yoldaşları tənəffüslərdə cürbəcür şirniyyatlar yeməsinə baxmayaraq Steve həmişə alma yeyərmiş.Sonradan uğur əldə edən Steve Jobs o illəri unutmamaq üçün bu logonu təklif etmişdir.

4-cü varianta görə,”Apple” logosu ingilis alimi Alan Turing ilə bağlıdır.Alan Turing Almanların istifadə etdiyi məşhur “Enigma” şifrə mexanizmasını həll edərək müharibənin gedişatına böyük təsir göstərmişdir. Mavi (eynicinsli) olan Alan Turing Universitetdəki otağında bir oğlan uşağı ilə görülmüşdür.O vaxtın qanunları çox sərt olduğundan,Alan Turing veriləcək cəzadan,cəmiyyətdəki nüfuzunun aşağı düşəcəyindən qorxmuş və 1 almanın içinə zəhər daxil edərək 1 dəfə dişləyib və ölmüşdür.Macintosh firmasının qurucuları bu barədə açıqlama verməsələr də, bəzi fikirlərə görə kompüterlərinin atası saydıqları Alan Turingə hörmət əlaməti olaraq həmin almanı logo seçmişlər.

5-ci varianta görə, Steve Jobsun sevgilisinin xarab bir alma yeyərək ölməsi nəticəsində onu sonsuza qədər yaşatmaq istəyiylə bu logonun seçilməsidir.