Apple və Google Kodak-ın patentlərini alır

Apple və Google, Kodak şirkətini müflis olmaqdan xilas etmək üçün güclərini birləşdirirlər. Bloomberg informasiya agentliyinin məlumatına görə şirkətə patent portfoliosunun əvəzinə 500 milyon dollar təklif edilib.

Mənbənin məlumatına görə, Apple və Google əməkdaşlıq sazişi bağlayıblar. Hər iki şirkətin artıq konsorsiumda birləşmək təcrübəsi var. Keçən il Microsoft, Apple və Research In Motion güclərini birləşdirərək 4,5 milyard dollara müflisləşmə həddində olan Nortel Networks şirkətinin patentlərini almışdılar. Həmin vaxt Google digər OEM-istehsalçıları ilə birləşərək ilkin auksion təklifini 900 milyon edərək məğlub olmuşdu. Rəqib konsorsiumun təklifi kifayət qədər çox idi.

Yaranmış situasiyanı hələ ki, heç bir şirkət şərh etmir.