“ Apple” şirkətinin dünyaya töhfələri

 

“Apple” şirkəti yarandığı gündən istehsal etdiyi müxtəlif növ məhsullarla hər kəsin diqqətini cəlb etməyi bacarıb.

Şirkətin dünyaya verdiyi ən önəmli töhfələrdən bəziləri haqqında məlumat verək.

“Apple 1” kompüteri

1976-cı ildə Cobsun yaxın dostu Stiv Voznyakın dizayn etdiyi bu kompüterin qiyməti 666.66 dollar idi. Satış üçün cəmi 200 ədəd istehsal olunsa da, müasir dövrümüzə bu kompüterlərdən 50-si gəlib çatıb və onlardan sadəcə 6-sı hazırda işlək vəziyyətdədir. Qeyd edək ki, bu kompüterin monitoru və korpusu yox idi, o yalnız sistem lövhəsindən ibarət idi.

Ilk kütləvi məhsul

1977-ci ildə “Apple II” kompüteri istehsal olundu və bu kompüter şirkətin ilk kütləvi kompüteri sayılır. 1993-cü ildə istehsalı dayandırılan kompüter həmin vaxtadək bir neçə milyon nüsxəsi satılıb. 1977-ci ildə qoyulmuş “Apple” şirkəti bu model sayəsində çox sürətlə inkişaf edə bilib. Bu kompüterin digərlərindən əsas fərqləndirici cəhəti rəngli qrafikanı dəstəkləməsi idi. Maqnit kasetlər informasiyanı saxlamaq üçün istifadə olunurdu və bu kasetlər bir müddət sonra 5 düymlük disketlərlə əvəz olumuşdu.

“Macintosh”

1984-cü ildə “Macintosh 128K” kompüterinin təqdimatı həyata keçirildi. “Superboul”un yayımı zamanı göstərilən reklam çarxının dəyəri 1.5 milyon dəyərində idi və Ridli Skott tərəfindən çəkilmişdi. Dəyəri 2495 dollar olan kompüter ilk 4 ay ərzində 70 min ədəd satılmışdı. Sonralar satış həcmi azalsa da, bu kompüter tarixə “siçan” , klaviatura, və qrafik interfeysə malik kompüter kimi düşdü.

Ilk yığcam kompüter

1989-cu ildə ilk yığcam kompüter hazırlamaq cəhdi tənqidçilər tərəfindən bəyənilsə də, “Macintosh portable” satışda uğur qazana bilmir. Kompüterin kütləsi 7 kq-dan çox idi və 6500 dollar dəyərində idi. Batareya ilə işləyən və “LCD” ekranla təchiz edilən kompüterin ən bahalı detalı elə ekranı idi.

Ilk PDA, “ fərqli rəqəmli köməkçi”

1993-cü ildə yaradılan “Newton messagepad”  kompüteri şirkətin ilk cib fərdi kompüteridir. “PDA” (Personal Digital Assistant) “Newton” kompüteri “Newton OS”  əməliyyat sistemi ilə işləyirdi və əllə yazılmış mətni tanımaq xüsusiyyətinə sahib idi.

Ilk monoblok

1998-ci ildə “USB” portla təchiz edilmiş ilk monoblok “iMac G3” istehsal olunub. Bu kompüter “iMac” seriyasından ilk kompüterdir və 3 düymlük disk daxiledicisiz ilk kompüterdir. Xokkey şaybasını xatırladan “Apple”-ın ilk “siçan” və klaviaturası da məhz bu monoblok üçün hazırlanmışdı.

Ilk “iPod”

2001-ci ildə şirkət rəhbərləri düşünürdü ki, mövcud olan mp3 pleyerlər kifayət qədər yaxşı deyildi və “Apple” artıq öz pleyerini istehsal etməyə qərar verir və ilk “iPod”  pleyeri 5 GB yaddaşa malik idi və mexaniki coystik var idi. Sonralar coystik sensorla əvəz edilir və “iTunes Store” xidməti vasitəsilə də musiqini satmaşa başladı. “Shuffle”, “Nano” və nəhayət, “Touch” kimi yeni modellər də yaradıldı.

“Macbook”

2006-cı ildə “Macbook”  “PowerBook”  noutbuklarını əvəz etmişdir. Şirkətin tarixində ən çox satılan kompüter kimi düşüb. Sonralar “MacBook Pro” və “MacBook Air” kimi kompüterlər də istehsal olunub. Həmçinin bu kompüterlə şirkət uzun müddətdən sonra yenidən ən böyük fərdi kompüter istehsalçısı olmağı bacardı.

“iPhone”

Və nəhayət 2007-ci ildə “Apple” demək olar ki, ən böyük uğuruna imza atdı. Istehsal etdiyi “iPhone” ağıllı telefonunun satışa çıxarılması ilə səs-küyə səbəb oldu. 150 milyon dollar xərclənən ağıllı telefonun satışından əldə olunan gəlirin 30 milyondan çox olduğu hesablanıb və hazırda dünyanın ikinci ağıllı telefon istehsalçısıdır.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *