APPLE SAMSUNG’DAN ÜZR İSTƏYƏCƏK!

İngilis məhkəməsi cihazın bəzi oxşarlıqlarının olmasına görə Samsung Galaxy tabletini Apple-ın dizaynını kopyalamadığına və “onlar qədər cəlbedici” olmadığına qərar verdi.

Avropa daxilində etibarlı olan məhkəmə qərarı Samsung və Apple arasındakı hüquq savaşının bu qitədə sona çatmasına çalışarkən, Apple iyul ayında alınan qərara etiraz üçün çıxdığı məhkəmədən əliboş qayıtdı .Apple-ın rəsmi üzr xüsusiyyəti daşıyan reklamlarının nə vaxt çıxacağı açıqlanmazkən, Samsung məhkəmənin qərarından sonra bu iynəli açıqlamanı verdi:

“Biz hələ də dördbucaqlı şəklində kənarları yuvarlaq olan tabletin Apple-ın şəxsi dizaynının olmadığına  inanırıq.Apple-ın qeydiyyatdan keçmiş dizaynındakı xüsusiyyətlər daha əvvəlki bir çox cihazlarda ola bilər.Apple digər ölkələrdə bu cür dizaynlara qarşı mövqeyini davam etdirərsə,sektordakı innovasiyalar zərər görəcək və istehlakçıların seçimləri azalacaq”