Apple rəsmi olaraq 128 Gb yaddaşa sahib iPad planşetini təqdim edib

Gözlənildiyi kimi Apple şirkəti rəsmi olaraq Retina ekranlı iPad 4 planşetinin 128 Gb yaddaşa sahib modifikasiya variantını təqdim edib. Wi-Fi modullu cihazın qiyməti 799 dollar təşkil edir. Wi-Fi və LTE modulları ilə təchiz edilmiş 128 Gb-lıq modelin qiyməti 929 dollardır, bu da təxminən ən ucuz MacBook Air qiymətidir.

iPad 4-ün 128 Gb-lıq versiyası 5 fevral tarixindən satışa buraxılacaq. Şirkətin sözlərinə görə yeni cihaz AutoCAD faylları işləyənlər üçün ideal həll yolu olacaq.