Apple Qulaqlıqları Yeniləyirmi?

Vyetnam texnologiya saytlarından biri yeni iPhone modelinin tamamilə yeni görünüşə sahib qulaqlıqlarla gələcəyini xəbər verib. Xəbər verməklə qalmayan sayt yeni dizayna sahib qulaqlıqların şəkillərini də yayımlayıb. Bundan sonra bir sıra digər texnologiya saytlarında bu qulaqlıqlarla bağlı xəbər, şəkil və video görüntülər yayımlanıb.

CNET-in dediyinə görə bu qulaqlıqlar tamamilə başqa bir şirkətin məhsulu da ola bilər. Sadəcə Apple şirkətinin adından istifadə edərək satışlarını artırmaq fikrində olan şirkətin marketinq oyunu da ola bilər. Təbii ki, CNET bu xəbərin həqiqət olma ehtimalını da danmır.

Hər şey Apple şirkətinin planlaşdırdığı 12 sentyabr tədbirlərində müəyyənləşəcək.