Bill Qeytsin uşaqlarına Apple qadağandır

Britaniyanın Radio 4 radio kanalına verdiyi intervyusunda Microsoft’un qurucusu Bill Qeytsin həyat yoldaşı Melinda Qeyts öz uşaqlarına Apple məhsullarından istifadə etməyə icazə vermədiyini bildirib. İki qızı və bir oğlu üçün Apple məhsullarının istifadəsinə tamamilə qadağa qoyub.

Cennifer, Fibi və Rori sizdən iPod almağı istəyiblərmi sualına Melinda xanım birmənalı şəkildə cavab verib:
“Əlbəttə istəyiblər. Amma Windows- cihazlar alıblar. Varımıza, dövlətimizə görə Microsofta borcluyuq, nə üçün rəqib şirkəti yedizdirməliyik?”

Amma 2009-cu ildə Microsoft hələ Windows Phone təqdim etməmişdən əvvəl xanım Qeyts başqa cür fikirləşirdi. Vogue jurnalına müsahibəsində “Bəzən mən iPhone olan dostlarıma qibtə edirəm” deyərək etiraf etmişdi.

Qadağaya baxmayaraq keçən il 16 yaşlı Cenniferin əlində iPhone görənlər olub.

Maraqlıdır, görəsən KFC və ya Burger King sahibləri öz uşaqlarına McDonalds’dan nəsə almağa icazə verirlər?