Apple Maps Daha Effektivdir

Axır ki, Apple Maps haqqında müsbət rəy də söyləndi. Onavo şirkətinin araşdırmaları və analizləri göstərir ki, Apple Maps xidməti özünün ən böyük rəqibi olan Google Maps xidmətindən 80% daha az data istifadə edir. Səhv oxumadınız, təxminən 5 dəfə daha effektiv.

Apple Maps vektor qrafikadan istifadə etdiyi üçün siz xəritədəki görüntünü yaxud görüntü bucağını dəyişdirdiyiniz zaman obyektləri yenidən yükləmədiyi üçün daha az datadan istifadə etmiş olur. Əslində Google Maps oflayn versiyasının mövcudluğu bu araşdırmada nəzərə alınmayıb. Hər halda yenə də iPhone 5 istifadəçiləri üçün xoş xəbər sayıla bilər.

Onavoya əsasən Google Maps istifadə edərkən hər addım üçün ortalama 1,3 MB data yüklənirdi. Apple Maps xidmətində isə bu göstərici təxminən 80% az olub, 271 KB təşkil edir. Apple Maps istifadə edərkən hər hansı nöqtəyə zoom etmək isə təxminən 7 dəfə daha effektiv nəticə göstərib. “Satellite” görünüşdə isə Google Maps-ın tələb etdiyindən 50% az data istifadə olunub.

Apple şirkətinin hazırki CEO-su Tim Cook müştərilərə müraciət məktubundan Apple Maps xidmətinin göstərdiyi xətalar və qeyri-dəqiq nəticələr üçün üzr istəmişdi. O hətta Nokia Maps, Microsoft Bing və Google Maps kimi alternativ xidmətlərdən istifadə etməyi də tövsiyə etmişdi. Çünki Apple Maps müxtəlif böyük hava limanlarını və şəhərləri yalnış ərazilərdə göstərmək kimi bəsit xətalara yol vermişdi. Bu da öz növbəsində istifadəçilərin məmnuniyətini aşağı salan amillərdən oldu. Nəticə olaraq iOS 6 istifadəçilərinin cəmi 4%-lik kütləsi hələ də Apple Maps istifadə edir. Tim Cook öz məktubunda şirkətin Apple Maps məhsulunun üzərində çalışdığını və ən qısa müddətdə düzəlişlər ediləcəyini bildirib.