Apple Macbook cihazlarını yenilənəcək

DigiTimes resursu məlumat verir ki, Apple şirkəti MacBook Air və MacBook Pro xəttindən olan noutbuklarını 2013-cü ilin iyununda yeniləməyə hazırlaşır. Cihazlarda böyük bir dəyişiklik gözlənilmir.

Yeni noutbukların 2012 cihazlarından əsas fərqi  yenilənən prosessordadı (Intel Haswell prosessoru Ivy Bridge’ə dəyişiləcək). Retina ekranlı 13-dümly MacBook Pro üçün aktual olan qrafikada da dəyişiklik olacaq. Bununla belə DigiTimes məlumat verir ki, cihazların dizaynında hər hansı bir dəyişiklik olmayacaq.

Yeni MacBook Air çıxışı ultrabuk istehsalçılarına güclü təziq göstərəcək. Belə ki, Apple köhnə modellərin rəqabət gücünü artırmaq üçün qiymətlərini aşağı salacaq.

Apple növbəti il bazara 17 milyon noutbuk çıxarmaq istəyir, amma alış rəqəmi az ola bilər. Məlumata görə 2011-ci ildə 12,88 milyon, 2012-ci ili 3 rübü ərzində isə 9,78 milyon MacBook  satılıb.