Apple Mac mini istehsalatını ABŞ-a keçirir

Apple Foxconn şirkətləri Mac mini kompüterlərinin istehsalını ABŞ-a keçirtməyə hazırlaşırlar. Bu haqda etibarlı mənbə olan DigiTimes resursu məlumat yayıb. Bu məlumat daha öncə yayılan, Mac kompüterlərinin ABŞ-da yığılacağı haqqında şayələri bir daha təsdiqləyir.

Xatırladaq ki, dekabr ayının əvvəli Apple şirkətinin baş direktoru Tim Kuk Bloomberg’ə intervyu zamanı milli iqtisadiyyatın qaldırılması planlarını təsdiqləmişdir.

Həmçinin Foxconn şirkəti ABŞ bazarına çıxmaq planlarını açıqlamaqda tələsmişdir. Mənbənin verdiyi məlumata görə, hal-hazırda ABŞ-da Mac kompüterləri üçün lazım olan bir kristallı sistemlər və digər hissələr istehsal olunmaqdadır.