Apple iWatch ağıllı saatları 2013-də çıxacaq

Yayılan məlumatlara görə Apple və Intel şirkətləri ağıllı saatlar buraxmaq haqqında ciddi fikirləşməyə başlayıblar. iWatch adlı cihaz artıq 2013-cü ildə işıq üzü görəcək. Mənbənin məlumatına görə iWatch saatları Apple şirkətinin digər cihazları ilə sinxronizasiya edilə biləcək və ekrana müxtəlif xatırlatmaları, zənglər haqqında məlumatları, yeni elektron məktubları, təqvimdən qeydləri çıxarma imkanına sahib olacaq. Yeni cihaz əsasən iPhone smartfonları və iPod pleyerləri ilə daha sıx bağlı olacaq.

iWatch saatları RiTDisplays mütəxəssislərinin köməyi ilə hazırlanmış və ITO şüşəsi ilə  qorunan 1,5-düymlu PMOLED ekrana sahib olacaq. Saat həmçinin Bluetooth  4.0 modulu ilə təchiz ediləcək. Xatırladaq ki, “ağıllı saat ” anlayışı daha öncə Strata və Pebble saatları timsalında hamıya tanış idi. Kickstarter saytında 10 milyon dollara yaxın məbləğ yığan Pebble Smart Watch layihəsini xatırlamaq yetər.