Apple iPhone 5 üçün yeniləmə hazırladı

Apple şirkəti iPhone 5 üçün yeni bir yeniləməsini təqdim etdi
Apple şirkəti iPhone 5 telefonlarında səs performansı ilə bağlı yaşanan problemləri aradan qaldırmaq üçün yeni yeniləmə təqdim etdi. 11.5MB böyüklüyündə İOS 6.1.4 yeniləməsi cihazın səs profilində bəzi düzəlişlər edərək əvvəlki xətaları aradan qaldırır. Yeniləmə mövzusunda ətraflı məluamata malik olmasaq da, müxtəlik saytlardan aldığımız məluamat sızmaları ilə Sizləri tanış edirik.
Əgər Siz də iPhone 5 istifadəçisizsinizsə, bu yeniləməni yükləməyiniz çox işinizə yarayacaq. Və onu da xüsusilə qeyd edək ki, bu yeniləmə yalnız və yalnız iPhone 5 üçün hazırlanmışdır.
Onu da əlavə edək ki, Apple şirkəti yeni İOS 7-ni də texnologiya dünyasına təqdim etməyi düşünür və gözləntilərə görə bu İOS digərlərinə nəzərən daha fərqli olacaq.