Apple iPad-in ölçüsünü azaltdı

23 oktyabr tarixində Apple keçirdiyi təqdimat zamanı yeni iPad mini məhsulunu təqdim edib.
Planşet 7,9 duymluq ekrana sahibdir. Müqayisə edə bilməyiniz üçün deyək ki, böyük iPad-in ekran ölçüsü 9,7 duymdur. Ekranın piksel ölçüsü 1024×768-dir, iPad 2-də olduğu kimi. Lakin ekranın ölçüsünün iPad mini-də daha balaca olduğuna görə, hər duym başına düşən piksel sayı daha çoxdur – 163 ədəd.
iPad mini-nin qalınlığı 7,2 mm-dir. Elə həmin günü təqdimatda işıq üzü görən yeni iPad-dən də nazikdir. iPad mini 308 qramdır, yeni iPad isə 652 qram.
Planşetin mərkəzi sistemində ikinüvəli Apple A5 prosessorudur. 2 kamerasi var: 5 mp olan arxa kamera və video ünsiyyət üçün ön kamera (FaceTime HD).
Planşet 10 saata qədər iş rejiminə sahibdir.
Böyük iPad-də olduğu kimi, iPad mini-nin 2 versiyası buraxılacaq: 3G sistemli və 3G-siz. 3G-siz iPad mini-nin qiyməti ABŞ-da 329$, 3G sistemi olan versiyasının qiyməti isə 459$ olacaqdır. Planşet satışa noyabrın 2-sindən etibarən çıxarılacaqdır.