Apple iMac Noyabrın Sonu Satışda

Apple şirkəti xüsusi populyarlığı ilə dünyada seçilən iMac məhsulunun 21,5 inçlik masa üstü yığcam kompüterini Noyabr ayının 30-da satışa çıxaracağı məlumatını təsdiqləyib. Dekabr ayında isə 27 inçlik iMac satışa çıxarılacaq. Hələ oktyabr ayında şirkətin verdiyi məlumata əsasən iMac kiçik ölçülü kompüterlər 1299 ABŞ dolları, böyük ölçülü kompüterlər isə 1799 ABŞ dollarından başlayan qiymətlərlə satışa çıxarılacaq. iMac müştəriləri Core i5 və Core i7 arasında seçim etməli olacaqlar.

Həm 21,5 inç, həm də 27 inçlik iMac kompüterlərinin iki spesifikasiyası olacaq. 21,5 inçlik iMac 2.7GHz quadcore Core i5 prosessor (3.2GHz-ə qədər Turbo Boost) və NVIDIA GeForce GT 640M qrafika; 1499 ABŞ dollarlıq versiya isə 2.9GHz quadcore Core i5 (3.6GHz-ə qədər Turbo Boost) və GeForce GT 650M qrafika imkanına sahib olacaq. Hər iki versiya 8GB və 1600MHz RAM, 1TB tutumlu sərt diskə sahib olacaq.

27 inçlik iMac isə 2.9 GHz quadcore Core i5 (3.6GHz-ə qədər Turbo Boost) prosessor və NVIDIA GeForce GTX 660M qrafika; 1999 ABŞ dolları təşkil edən versiya isə 3.2 GHz quadcore Core i5 prosessoru və NVIDIA GeForce GTX 675MX qrafikaya sahib olacaq.