Apple dünyanın ən bahalı kompaniyası titulunu itirdi

ExxonMobil neft kompaniyası dünyanın ən böyük bazar kapitallaşmasına sahib olan 100 şirkət arasında yenidən ən birinci zirvəyə yüksəldi. İndi o, bu siyahıda Apple korporasiyasını geridə qoyub. Bu haqda Ernst & Young auditor kompaniyasının  hesabatlarına istinad edən Reuters məlumat verir.

2013-cü ilin ilk yarısının nəticələrinə əsasən ExxonMobil şirkətinin bazar dəyəri 402 milyard dollar, Apple isə 372-milyard dollar təşkil edib.  Oyulun 4-də ExxonMobil kapitallaşması NYSE 403 milyard  dollardan çox qiymətləndirilirdi. İPhone istehsalçısının dəyəri isə təxminən 395 milyard dollar idi.

Reytinqdə üçüncü pilləni Google axtarış saytı tutub. Onun kapitallaşma miqdarı 292 milyard dollardır. İlk onluqda həmçinin Microsoft, Uorren Baffetin investisiya fondu olan Berkshire Hathaway, Wal-Mart pərakəndə satış şəbəkəsi, Johnson&Johnson kompaniyası, General Electric və Chevron neft-qaz kompaniyası, həmçinin çin maliyyə kredit təşkilatı olan Industrial and Commercial Bank of China (ICBC) bank daxil olmuşdur.

Ernst & Young kompaniyasının tərtib etdiyi siyahı daxil olan kompaniyalardan əksəriyyəti Amerikanı təmsil edir, siyahıda onların sayı 47-dir.

Maraqlıdır ki, iyun ayının sonunda Bloomberg tərəfindən dərc edilən siyahıda Çindən olan kompaniyalar, o cümlədən ICBC 2006-cı ildən bəri ilk dəfə birinci onluğa daxil olmuşdu, həmin siyahıda da lider olaraq ExxonMobil tanınmışdı, bazar kapitallaşması 398 milyard dollar həcmində göstərilirdi.

Apple isə ilk dəfə ExxonMobil şirkətini 2011-ci ilin yayında qabaqlamışdı. Növbəti belə hal isə 2012-ci ilin yanvarında qeydə alınıb. FT Global 500 reytinqində birinci yerdə olduqdan sonra, o həmin mövqedə daha da gücləndi.