Apple Dekabrda iPhone 5S Çıxarır

DigiTimes mənbəyinin verdiyi məlumata görə Apple şirkəti cihazlarının yaşama dövrünü azaldır və artıq dekabr ayında test üçün yeni iPhone nəslini buraxmağa hazırlaşır.

Gəzən şayələrə görə, şərti olaraq iPhone 5S adlı cihazın yeni sınaq versiyası 50-100 min. ədəd olaraq bu ilin dekabr ayında işıq üzü görəcək. Bucür sürətli addımların səbəbi, Apple şirkətinin cihazın hissələrinin sertifikatlaşdırılmasını daha da sürətləndirmək istəyidir.

Hadisələrin bucür gedişi ilə biz yeni iPhone-u bəlkə də 2013-cü ilin birinci rübündə artıq görə biləcəyik.

Bu minvalla Apple cihazlarının relizləri arasındakı vaxtı kifayət qədər qısaltmış olur . Müvafiq olaraq cihazlar daha qısa ömürlü və hər dəfə daha az köhnəsindən fərqlənəcək. Hər yarım ildə inqilabi bir məhsul buraxmaq çox çətin bir məsələdir. Xatırladaq ki, iPad 4 ilə iPad 3-ün relizləri arasında cəmisi 7 ay keçmişdi, əvvəllər isə Apple bir ili ötəcək aralıqlarla yenilənmələr edirdi.