Apple-dan barmaq izi texnologiyası

iOS platformasını daha təhlükəsiz hala gətirmək istəyən Apple, indi də bu texnologiyadan istifadə etmək niyyətindədir.

Bütün dünyanın səbirsizliklə iPhone 5S-i gözlədiyi bir vaxtda bu modelə dair söz-söhbətlər gəzməkdədir. Bu söz-söhbətlərin sağlam olduğunu deyə biləcəyimiz bir mənbədən alınan məlumata əsasən, Apple bu yeni modelə “barmaq izi oxuyucusu” əlavə etməklə güvənliyi daha da artırmaq istəyir.

China Times qəzetinin gündəmə saldığı bu xəbərin əsas mənbəyi, barmaq izi oxuyucusu və ekran texnologiyası sahəsində önəmli yer tutan Tayvan firması olan Chipbonddur.

Daha bir  xəbərə görə isə AppleiPhone-nun əsas düyməsinin yanına barmaq izi oxuyucusu üçün patent müraciəti etmişdir.