Apple-dan 10000 dollar qazanan bəxtəvər məlum oldu

Apple AppStore-dan 50 milyardıncı yükləməni həyata keçirəcək şəxsə 10000 dollarlıq Apple Store hədiyyə kartı vermək üçün elan verdiyini bildirmişdik və artıq mükafatın sahibi bəllidir.

Əslində mükafatın nə olacağı ilə bağlı müxtəlif şayiələr olsa da, rəsmi məlumat açıqlandıqda bunun 10000 dollarlıq AppStore hədiyyə kartı olacağı məlum oldu. Bununla yanaşı 50 milyardıncı yükləmədən sonra AppStore-dan tətbiqetmə yükləyən ilk 50 nəfərə də 500 dollar mükafat verəcəklərini də açıqladılar.

Artıq Apple-nin rəsmi saytında göztərliən sayğac 50.000.000.000-ı keçib və qaliblər məlumdur.

10000 dollarlıq əsas mükafatın və digər 50 qalibin adı məlum olsa da, Apple-in verdiyi rəsmi məlumata görə 10 gün ərzində qaliblərin adları açıqlanacaq.