Apple da Məhəmməd Əlini yaddan çıxarmadı

Bütün dövrlərin ən yaxşı boksçusu kimi göstərilən Məhəmməd Əlinin bir neçə gün əvvəl dünyasını dəyişdiyindən yəqin ki, xəbərdarsınız.

Rinqlərdə göstərdiyi əzmkarlıqla yanaşı irqçiliklə də mübarizə aparan və dünya siyasət tarixində vacib insanlardan biri olan Əlini texnologiya nəhəngi Apple da yaddan çıxarmayıb.

Belə ki, Apple Məhəmməd Əli üçün rəsmi saytında ana səhifəsini yeniləyib. Ana səhifənin girişində Əlinin “Xəyal gücü olmayan insanın qanadları yoxdur” sözü yazılıb.

Məlumat üçün qeyd edək ki, Məhəmməd Əli 1997-ci ildə Apple-ın “Think Different” adlı reklam çarxında da yer alıb.

Bu da həmin reklam çarxı: