APA saytının istifadəçilərinə yeni xidmət təklif edir

Azəri-Press Agentliyi (APA) saytının istifadəçilərinə yeni xidmət təklif edir.

Xidmətdən istifadə edən izləyicilər artıq www.apa.az saytına daxil olmayanda belə sayta yerləşdirilmiş yeni xəbərlər barədə bildiriş ala biləcəklər.

stifadəçinin istəyindən asılı olaraq xəbərlərlə bağlı bildiriş hər xəbər sayta yerləşdiriləndə və ya saatda bir dəfə alına bilər.

Xidmət “Google chrome” və “Mozilla” (Firefox) brouzerlərində işləyir.

Qeyd edək ki, www.apa.az saytında xəbərləri oxuyarkən, istifadəçiyə bildirişlə bağlı sorğu gələcək. Əgər istifadəçi “xeyr'” düyməsinə click etsə, sorğu bir daha ona göstərilməyəcək.

İstifadəçi “bəli” düyməsinə click etdikdə, https://push.apa.az  linkinə yönləndirilir və istifadəçi sorğunu təsdiqləyir. Bundan sonra isə seçimindən asılı olaraq sayta yerləşdirilən xəbərlərlə tanış olur.

Xatırladaq ki, APA 6 dildə xəbər xidməti göstərir. Agentlik  xəbərlərini Azərbaycan, rus, ingilis, fransız, ərəb və erməni dillərində yayır.