Angry Birds oyununun iPhone versiyası artıq ödənişsizdir

Rovio mobil oyunların ən yaxşılarından olan Angry Birds-un artıq iPhone və digər iOS cihazlar üçün pulsuz olaraq yüklənə biləcəyi açıqlandı. Əlavə olaraq, ödənişli olan Angry Birds Space və Bad Piggies oyunları üçün də yeniləmələr gəldi. Angry Birds Space 1.5.0 yeniləməsi ilə məşhur Rock ulduzu Slash-ın oyuna özəl hazırladığı tema musiqisini oyun sevərlərə təqdim edərkən Slash da artıq bir Angry Bird olaraq kiçik donuzlardan intiqam almağa çalışır. Piggies isə bəzi dəyişikliklərlə .2.1 versiyasına yüksəlir.